ABŞ-in Azərbaycana yanaşması dəyişməyəcək
13:04 12-12-2012
CƏMİYYƏT
ABŞ-in Azərbaycana yanaşması dəyişməyəcək
İqtisadi maraqlarla, antiterror kolisiyasında iştirak priroritet olaraq qalacaq
Bakıya səfər edən ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia bir sıra görüşlər keçirtməklə yanaşı, həm də siyasi bəyanatlarla çıxış edib. Qonaq ölkədə ki, durumu dəyərləndirərək bildirib ki, məmnunuq ki, ötən il həbsdə olan bəzi jurnalist və bloqçular buraxılıb. Xüsusilə də bir neçə ay əvvəl buraxılmış Bəxtiyar Hacıyevin adını qeyd etmək istərdim. Bütün bunlar yaxşıdır.
Ancaq onu demək lazımdır ki, onlar ifadə azadlığından istifadə etdiklərinə görə həbsə atılmamalıydılar. Biz Azərbaycan hökuməti ilə işimizi davam etdiririk. Ötən ildən nəzərəçarpacaq irəliləyiş görməmişik, ancaq ümid edirik ki, gələn ilki prezident seçkisi Azərbaycana demokratik siyasi proses üçün potensialını, bütün vətəndaşların haqlarına hörmət qoyduğunu göstərmək üçün daha bir imkan yaradacaq:-"Azərbaycan günün məsələlərinin, ölkənin problemlərinin daha açıq müzakirə yolunu tapmalıdır. İqtisadi imkanlar açılmalıdır, bütün azərbaycanlılar iqtisadi inkişafa qatılmalıdır. Ölkənin siyasi, ictimai, iqtisadi irəliləməsinin düzgün yolu barədə adamların fikirləri olacaq. İdarəçi qurumlar müxtəlif fikirlərə dözümlü yanaşmağın yolunu tapmalıdırlar. Bu, 21-ci əsrdə uğurun açarıdır. Azərbaycanın tam çiçəklənən, suveren, uğurlu ölkə olması üçün hakimiyyət insanların fikirlərini ifadə etmək haqlarına hörmət qoymağı öyrənməlidir. Azərbaycan xalqı daha çox açıqlığa və demokratiyaya hazırdır. Azərbaycana həmin istiqamətdə irəliləməsinə kömək edirik". Tomas Melianın bəyanatını şərh edən ekspertlər bu qənaətdədir ki, verilən bəyanat ötən bəyanatlarla müqayisədə yetərli qədər loyal bəyanatdır və bu bəyanat ABŞ-in Azərbaycana sabahkı yanaşmasının konturlarını müəyyənləşdirir. Bu konturlar nədən ibarətdir? Ekspertlər hesab edir ki, ABŞ yenə də Azərbaycana yanaşmada iqtisadi maraqların qorunmasına çalışacaq. Belə ki, ABŞ-in Azərbaycanla əməkdaşlığında əsas priroritet qərbin enerji təhlükəsizliyinin təminidir. Bu məsələdə isə Azərbaycan üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirir və TANAP layihəsinə razılığını verməklə bu məsələdə daha ciddi addım atdı. Buna görə də hesab edilir ki, ABŞ Azərbaycan hakimiyyəti ilə bu məsələdə əməkdaşlığını daha da dərinləşdirəcək. ABŞ-in Azərbaycanla əməkdaşlıq prinsipində ikinci yeri Əfqanıstan məsələsi tutur ki, buda ABŞ üçün strateji məsələdir. Ekspertlər hesab edir ki, bu məsələdə də hansısa dəyişiklik olmayacaq və ABŞ Azərbaycanın prosesdə aktivliyini təmin etməyə çalışacaq. Amma bəzi ekspertlər də hesab edir ki, ABŞ ötən illərdən fərqli olaraq bu il Azərbaycandakı seçkilərə görə yanaşma tərzini dəyişəcək və müxalifətlə əməkdaşlığı daha da dərinləşdirəcək. Bu arqumentə qarşı əks arqumentlər səsləndirənlər isə bildirir ki, hazırda regionda ABŞ və qərbin İran kimi ciddi problemi var və belə olan halda Azərbaycanla da hansısa problemlərin yaşanmasına risk edə bilməzlər. Çünki İran probleminin həllində də Azərbaycan aparıcı gücə çevrilə bilər. Bunu ABŞ-in Azərbaycandakı səfiridə açıq şəkildə etiraf edir:-" İran ABŞ administrasiyası üçün çox mühüm və prioritet təşkil edən məsələdir. ABŞ prezidenti çox aydın şəkildə bəyan edib ki, İranın nüvə silahına malik olması qəbuledilməzdir. Bununla yanaşı, prezident qeyd edib ki, məsələnin diplomatik yolla həlli üçün hələ də vaxt var. Ümidvarıq ki, sərt sanksiyalar və diplomatik yolla bu məsələnin həllinə nail olunacaq. İran Azərbaycanla qonşu olan bir dövlətdir. Bu ölkələr arasında geniş və mürəkkəb əlaqələr var. Onların müxtəlif sahələrdə qarşılıqlı əlaqələri mövcuddur. Əgər Azərbaycan İranın mövqeyinə hansısa təsir göstərə bilərsə, bu, əlbəttə ki, çox məqsədəuyğun olar". Ekspertlər məhz bu faktoru nəzərə alırlar və bir xatırlatma da edək ki, Azərbaycan İran banklarına embarqo qoyandan sonra İran iqtisadiyyatında ciddi problemlər ortaya çıxdı. ABŞ bunu gözəl bilir və buna görə də hansısa əlavə addımların atılmasını gözləməyə dəyməz. Bütün bunlara baxmayaraq qeyd edək ki, Azərbaycanda seçki ili olduğundan hakimiyyətə qarşı müəyyən təzyiqlərdə ola bilər. Əsasən sərbəst toplaşma azadlığının təmin olunması məsələsində fikir müxtəlifliyi ortaya çıxacaq. Amma bu iki ölkə münasibətlərinin korlanması səviyyəsində ola bilməz. Beləliklə ABŞ rəsmisinin açıqlaması bir daha sübut etdi ki, iki ölkə münasibətlərində hansısa dəyişiklik olmayacaq və priroritetlər yerində qalacaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04