Amerika televiziya məkanının və dünyanın tanınmış aparıcısı hesab edilən Larri Kinqin oğlu və qızı gün fərqi ilə dünyasını dəyişib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, aparıcı 86 yaşlı Larri Kinq keçən həftə himayəyə götürdüyü oğlu Endinin ölüm səbəbini bildirmişdi. 65 yaşlı Endinin ölüm xəbərindən sonra aparıcı qızının ölüm xəbəri ilə sarsılıb. Aparıcının uzun zamandır xərçəngdən müalicə alan 51 yaşlı qızı da dünyasını dəyişib.
Qeyd edək ki, qızı Larri Kinqin Alene Akinslə olan evliliyindən dünyaya gəlib.