Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən bir sıra vəzifəli şəxslər cərimələnib. Amma Ramiz Mehdiyevlə bağlı hər hansı bir cəza tədbiri yoxdur.
Bu barədə Unikal.org-a açıqlama verən hüquqşünas Aslan İsmayılov bildirib ki, bu ayrıseçkilikdir. Onun sözlərinə görə, qanun qarşısında hər kəs bərabərdir.
“Əslində Ramiz Mehdiyevin də cəzalandırılmaması ona qarşı sərgilənən ayrı seçkilikdir. Hesab edirəm ki, hər şeydən öncə Ramiz Mehdiyev cəzalandırılmalıdır. Çünki, son tədbirin təşkilatçısı və ağsaqqalı odur”.
Elvin Rüstəmov