Rusiyalı bloqer Olqa Leybman sosial media hesabında etdiyi açıqlama Azərbaycanda növbəti söz-söhbətə səbəb olub. Olqa "“Mən Azərbaycanda olmuşam. Mən orada yaşamışam. Mənim Azərbaycanın idman naziri ilə möhtəşəm romanım olub” deməsi gündəmi bir birinə qatıb.
Hər kəs bu xanımın heç cür unuda bilmədiyi o naziririn kimliyi ilə maraqlanır
Unikal.org-un apardığı araşdırma nəticəsində məlum olub ki, bu nə bizim, nə də sizin düşündüyünüz,şəxs deyilmiş. Söhbət uzun illər Olqanın böyük məhəbbət yaşadığı "Mosart" ləqəbli Elman Ələkbərovdan gedirmiş.
Olqanın "Царь Иван"ı, yəni, Elmanı niyə nazir kimi təqdim etməsi elə ancaq onun özünə bəllidir .
Elvin Rüstəmov