Rəqqasə Oksana Rəsulova ailəsindən danışıb ağlayıb
Unikal.org xəbər verir ki, telekanalların birinin efirində qonaq olan sənətçi boşanmasından söz açarkən kövrək anlar yaşayıb.
"Uşağın yaxşısı, pisi olmur. İnsanın taleyi sına, depressiyaya düşə bilər. Bizim mentalitetimiz elədir ki, ailədə boşanma olursa, ataya, qardaşa ziyandır. Özünə də ziyandır, bilmirsən ikinci dəfə ailə qura bilərsən, ya yox. Ayrılıq ərəfəsində bəzi qadınların əli aşağı olur. Atam mənə dəstək olub. Ailəmə çox əziyyət vermişəm". – deyə Oksana bildirib.