Paytaxtın Pirallahı rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.
Unikal.org xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşlarının Əzizbəyov küçəsində keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, kafenin qapalı kabinetlərində qəlyan avadanlıqlarından istifadə olunur.
Sanitar-epidemioloji normalarını pozan 8 nəfər müvafiq polis şöbəsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub. Obyektin sahibi barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.
Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektinin rəhbəri və xidmət personalı zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.