Binəqədi Rayon Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Cəlilabad rayon şöbəsinin rüşvətə görə tutulan vəzifəli şəxsi - Pərviz İsgəndərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.
Unikal.org-un məlumatına görə, hakim Fərid Əmrəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqdimat təmin edilib və onun barəsində olan həbs müddəti uzadılıb.
Qeyd edək ki, DSMF-nin Cəlilabad rayon şöbəsinin baş mühasibi Pərviz İsgəndərov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsin əməkdaşları tərəfindən saxlanılıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində P.İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3 700 manat məbləğində pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və P. İsgəndərov barəsində həbs qətimkan tədbiri seçilib.