Dünyanın ən zəngin adamı, “Amazon” şirkətinin rəhbəri Ceff Bezosun sərvəti 199,7 milyard dollara qədər artıb.
Unikal.org xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazır.
Qeyd edilir ki, koronavirus pandemiya başlayandan şirkətin səhmlərinin 11%-ə sahib olan milyarderin qiymətli kağızlarının dəyəri 55%-dən çox artıb.
Son 12 ay ərzində “Amazon” 86 mlrd dollar qazanıb.