15 aylıq evliliklərini 2019-cu ilin iyununda bitirən müğənni-aktyor Özcan Dəniz ilə Feyza Aktan qısa vaxtdan sonra yenidən barışıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, cütlük arasında yenidən mübahisə başlayıb. Aktan Özcanın qarşısına şərt qoyub. O bildirib ki, ya yenidən evlənək, ya da 15 milyon təzminat ödə.
Kuzey adında oğulları olan cütlüyün yenidən evlənəcəyi gözləndiyi hal, mübahisə etdikləri ortaya çıxıb. 28 yaşındakı Feyza Dənizi İnstaqramda izləmədən də çıxarıb.
Zekeriyaköydə villada yaşayan Feyza Aktan Denizə son sözünü söyləyib. O, yenidən evlənmək istədiyini bildirib. Əks halda isə Özcan ona 15 milyon təzminat ödəməlidir.