Avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi 7 milyard 774,2 milyon manat təşkil edib.
Unikal.org Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, əhalinin banklardakı əmanətləri son bir ayda 67,8 milyon manat artıb.
Qeyd edək ki, ilin əvvəlinə nisbətən bu göstərici 863,7 milyon azalıb.