33 yaşında vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində baş verənlərlə bağlı artıq bir neçə gündür mediada xəbərlər yayılır. Dəfn mərasiminə qatılan 60 nəfər sərt karantin rejimini pozduğu üçün cəzalandırılıb.
Unikal.org xəbər verir ki, cəzalandırılanlar arasında meyxanaçılar Elşən Xəzər, Rəşad Dağlı, Pərviz Bülbülə və başqaları da yer alıblar.
R.Dağlının "Instagram" səhifəsində V. Biləcərinin atası Zakir Paşayevin adından müraciət yayılıb. Bildirilib ki, pandemiyaya görə yas mərasimi keçirilməyəcək və insanlar onların evlərinə gəlməsinlər:
"Pandemiya ilə əlaqədar Vüqarın 3 mərasimi keçirilməyəcək. Heç kim zəhmət çəkib gəlməsin. Xahiş edirik ki, narahatlıq yaratmasın. Vüqara yas saxlamaq istəyənlər öz evlərində, qəlblərində dua etsinlər. Bu, kifayətdir".
Qeyd edək ki, meyxanaçı avqustun 29-da uzun müddət sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.