“Tesla” və “SpaceX” şirkətinin təsisçisi İlon Mask dünyanın ən zəngin insanlarının siyahısında üçüncü pilləyə yüksəlib.
Unikal.org xəbər verir ki, bu barədə “Bloomberg” biznes jurnalı yazıb.
Agentliyin hesablamalarına əsasən, Maskın sərvəti 115,4 mlrd dollara çatıb. Beləliklə, biznesmen siyahıda 110,0 mlrd dollarlıq sərvətin sahibi olan “Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Zukerberqi keçib.
Siyahının ilk iki pilləsində isə “Amazon”un rəhbəri Ceff Bezos (200 mlrd dollar) və “Microsoft”un təsisçisi Bill Qeyts (125 mlrd dollar) qərarlaşıblar.
Qeyd edək ki, “Tesla”nın səhmlərinin dəyəri il ərzində 500%-ə yaxın artdığı üçün 49 yaşlı Maskın sərvəti bu müddətdə 87,8 mlrd dollar artıb.