Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olanlara qarşı uğurlu əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaşda yaşadığı ünvanda çətənə kolları becərən Bakı şəhər sakini Mehman Soltanov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan hündürlükləri 3 m 10 sm-dən 4 m 20 sm-dək, ümumi çəkisi 45 kiloqram olan 12 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək, maddi sübut kimi götürülüb.
Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır.