Millətlər Liqasının 2020/21 mövsümünün ilk turu çərçivəsində keçiriləcək Azərbaycan – Lüksemburq oyununun hakimləri müəyyənləşib.
Unikal.org-un məlumatına görə, UEFA Bakıda baş tutacaq qarşılaşmaya İngiltərədən olan hakimlər briqadasın təyin edib.
Görüşün baş hakimi Kris Kavanaq olacaq. Ona həmyerliləri Daniel Riçard Kuk və Sian Massey kömək edəcəklər. 4-cü hakim funksiyasını isə Pol Tirni yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq oyunu saat 20:00-da start götürəcək.