Cari ildə məcmu tələbin daralması, inflyasiya gözləntilərinin aşağı olması şəraitində inflyasiya səviyyəsinin 3,1 faizə bərabər olacağı proqnozlaşdırılır.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada bildirilib.

Qeyd edilib ki, qlobal iqtisadiyyatda neft qiymətləri, dünya bazarında ərzaq qiymətlərinin gözləntiləri, pul kütləsinin artım tempi və sair digər amillərin fonunda növbəti ildə inflyasiya göstəricisi mülayim 3,0 faiz, sonrakı üç ildə də 2,7- 2,8 faiz ətrafında olacağı proqnozlaşdırılıb.

2021-ci il üzrə cari əməliyyatlar balansında ÜDM-in 3,1 faizi səviyyəsində və ya
təqribən 1,4 mlrd. ABŞ dolları həcmində kəsir proqnozlaşdırılır. Cari və növbəti ildə ticarət balansındakı profisit cari əməliyyatlar balansındakı kəsiri tam örtə bilməyəcək. Neft qiymətlərinin müxtəlif ssenariləri üzrə proqnozlara əsasən bu il və növbəti ildə cari hesab balansında kəsir proqnozlaşdırılsa da ortamüddətli dövrdə profisit gözlənilir ki, bu da öz növbəsində valyuta bazarında sabitliyi möhkəmləndirəcək. Bununla belə növbəti illərdən xidmətlər balansındakı kəsirin azalması cari əməliyyatlar balansında profisitin formalaşmasına artırıcı təsir göstərəcək.