Salyanda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org  apa-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Boranıkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Hüseynov Hilal Əliyar oğlu qonşusu tərəfindən bıçaqlanıb.  H.Hüseynov bədəninin müxtəlif hissələrindən 5 bıçaq yarası ilə Salyan rayon xəstəxanasının cərrahiyə şöbəsində əməliyyata götürülüb. Onun çoxlu qan itirdiyi bildirilir.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.