Avropa Liqası turnirinin seçmə mərhələsində çıxış edən klublar üçün UEFA tərəfindən ayrılmış müvafiq vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
Unikal.org xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Avroliqada iştirak edən “Neftçi”, “Keşlə” və “Sumqayıt”a 240 min avro ödənilib.
“Neftçi” – 240 000 avro
“Keşlə” – 240 000 avro
“Sumqayıt” – 240 000 avro
“Keşlə” və “Sumqayıt” Avroliqada mübarizəni 1-ci təsnifat mərhələsində dayandırıb. “Neftçi” isə 2-ci təsnifat mərhələsində “Qalatasaray”la qarşılaşacaq.
Qeyd: “Keşlə” klubu üçün ayrılmış maliyyə vəsaiti mövsümün birinci və ikinci yarısı nəzərdə tutulmaqla klubun cari xərclərinin ödənilməsinə yönəldiləcək.