“Azərişıq” ASC istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədi ilə ölkəmizin digər bölgələrində olduğu kimi Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində də geniş quruculuq işlərini davam etdirir.
Unikal.org-a “Azərişıq” ASC-dən verilən xəbərə görə, Astara Elektrik Şəbəkəsinin ərazisində ümumi uzunluğu 13 km olan 10 kV–luq xəttin çəkilişi həyata keçirilib. Bu isə ümumilikdə 14 kənddə 5 minədək sakinin elektrik enerji təchizatının yaxşılaşdırılması deməkdir. Təchizatın yaxşılaşdırılması bu istiqamətdə böyük həcmdə itkilərin də qarşısını almış olacaq.
Hər il müşahidə edilən sel, güclü qar və külək 50 ildən çoxdur ki, istismar olunan 10 kV-luq bu xətdə tez-tez qəzaların baş verməsinə səbəb olrdu. Məhz təbiət hadisələri səbəbindən dayaqlar dəfələrlə yıxılıb və onların yerinə müvəqqəti dayaqlar basdırılıb. Həmçinin qabaritlər pozulub, naqil keyfiyyətini itirib, nəticədə əhali və digər abonentlər saatlarla işıqsız qalıb.
Bundan sonra Astaranın ən ucqar 14 dağ kəndi daha kefiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
(Hamoşam kənd İcra Nümayəndəliyinin Klımbi, Hajuvi, Hamuşam, Qədəband, Toradi, Kavüəkər, Rıqulbə kəndləri, Əsxənəkəran kənd İcra Nümayəndəliyinin Əsxənəkəran, Əzərüd, Rüədılə, Şexonpeştə, Motlayataq, Overud, Vıləpərqu kəndləri)