Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 19 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Unikal.org-a bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.