Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.

1965-ci il təvəllüdlü Əhmədov Elvin Seyran oğlu qonşusu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı paytaxtdakı özəl klinikaların birinə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.