Rusiyanın Nijni Tagil vilayətinin polisləri ağır cinayətdə şübhəli bilinən şəxsləri axtarışa verib.

Unikal.org xəbər verir ki, Azərbaycan vətəndaşı Əlizadə Ruslan Tofiq oğlunun adı da axtarılanlar siyahısına salınıb.

O, ağır cinayət törətməkdə şübhəli bilinir.

1980-ci il təvəllüdlü şəxs özünü Xaqani Tofiq oğlu Quliyev kimi təqdim edə bilər.

Qeyd edilib ki, onun əsas xüsusiyyətləri boyunun 170 sm, orta bədən quruluşlu, qısa tünd saçlı olmasıdır.