Bu gün Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Abşeron təhsilinin yetirməsi, abituriyent Hüseyn Abdullayevla görüşüb.
İcra Hakimiyyətindən Unikal.org-a verilən məlumata görə. g örüşdə bildirilib ki, Xırdalan şəhər 1 saylı tam orta məktəbin şagirdi olan H.Abdullayev ali məktəb üçün verdiyi imtahanda 700 bal toplayaraq maksimum nəticəni əldə etməyi bacarıb. “Əlaçı” televiziya verilişinin 9-cu mövsümünün respublika çempionu, “Xəmsə” verilişinin isə iştirakçısı olan H.Abdullayev bu il fizika üzrə keçirilən respublika fənn olimpiadasının yarımfinalçısı adını da qazanıb.
Son iki ildə “məktəbin əlaçısı” fəxri adını daşıyan abituriyentimizin seçimi Bakı Ali Neft Məktəbi olub. Qeyd edilib ki, bu il respublika üzrə cəmi 2 abituriyent maksimum nəticəni əldə edib. Onun da biri Abşeron təhsilinin payına düşüb. Görüşdə İ.Gülməmmədova H.Abdullayevi və eləcə də tələbə adını qazanmış bütün abituriyentləri təbrik edərək rayonda təhsilin ildən ilə gücləndiyini qeyd edib. Bildirilib ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyeva respublikanın hər bir bölgəsində olduğu kimi Abşeron rayonunda da təhsilə xüsusi diqqət və qayğı göstərirlər. Bu gün abituriyentimizin ən yüksək nəticə göstərməsinin də bu qayğı və diqqətin nəticəsində əldə olunduğunu vurğulayan İ.Gülməmmədova əlavə edib ki, hazırda rayon ərazisində bir neçə məktəbin inşası həyata keçirilir. Abşeronun təhsil işçilərini, müəllimləri və valideynləri bu uğur münasibəti ilə təbrik edən başçı tələbə adını qazanan bütün abşeronlulara gələcək həyatlarında uğurlar arzulayıb.
Sonra rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova və Xırdalan 1 saylı tam orta məktəbin drektoru Kəmalə Yusifova H.Abdullayevi təbrik edib, ona ən xoş arzularının bildiriblər. H.Abdullayev də göstərilən diqqətə görə təşəkkürünü bildirərək bundan sonra da təhsil pillələrində uğurla addımlayacağına çalışacağını deyib.
Sonda H.Abdullayeva qiymətli hədiyyə təqdim edilib və xatirə şəkili çəkilib.