“Keçən ilin noyabrın 1-dən uşaqların övladlığa verilməsi səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə keçib. Noyabrın 1-dən indiyə qədər yalnız 3 uşaq əcnəbiyə övladlığa verilib”.
Unikal.org-un məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığa götürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov açıqlayıb.
Qeyd edilib ki, əvvəllər bu səlahiyyət Ailə, Qadın və Uşaq Problemləri üzər Dövlət Komitəsində olub: “Ötən ilin noyabrın 1-ə qədər 80-ə qədər uşaq əcnəbilər tərəfindən övladlığa götürülüb”.