Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” təsdiq edib.

Unikal.org xəbər verir ki, bu Qaydalar Ümumdünya Səhiyyə Təşkilatının “COVID-19-un yayılması ilə əlaqədar təhsil müəssisələrində sağlamlığın qorunması tədbirlərinə dair tövsiyələr”i və Azərbaycan Respublikasında COVID-19 infeksiyasına qarşı aparılan profilaktik və epidemioloji tədbirlər üzrə əldə edilmiş təcrübələr əsasında hazırlanmışdır.

1. Ümumi müddəalar

1.2. Bu Qaydaların əsas məqsədi xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində əyani formada tədris və təlimtərbiyə prosesinin təşkilinə dair tələblərin müəyyən olunması və bu zamanı onun iştirakçılarının sağlamlığının qorunması üçün sanitariya və gigiyena qaydalarına əməl olunmasının təmin edilməsidir.

1.3. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrinə (xüsusi təyinatlı ali və orta ixtisas təhsili müəssisələri istisna olmaqla) şamil olunur.

2. Ümumi göstərişlər
2.1. Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinin başlanması müddəti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarı ilə
tənzimlənir.

3
2.2. Təhsil müəssisələrində əyani formada təhsil bərpa olunanadək tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilməlidir.

2.3. Təhsil müəssisələri tədris və təlim-tərbiyə prosesini əyani formada təşkil edərkən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq qəbul edilən sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə və bu Qaydaların tələblərinə əməl etməlidirlər.

2.4. Təhsil müəssisələri təhsilalanların tədris və təlim-tərbiyə prosesində əyani iştirakının könüllülük prinsipi əsasında təmin edildiyini nəzərə almalıdırlar.

2.5. Təhsil müəssisələrində əyani formada tədrisin təşkili müəssisələrin tipi (növü), təhsilalanların sayı, qalanların günüuzadılmış qruplarda təhsilalanların sayı, sinif (qrup) komplektlərinin, tədris otaqlarının, laboratoriyaların, tədris-istehsalat emalatxanalarının, kitabxanaların, yataqxanaların, yeməkxanaların tutumu, təhsilverənlərin yaş bölgüsü və digər məsələlərdə xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq planlaşdırılmalıdır.

2.6. Təhsil müəssisəsində növbəli iş rejimi müəssisənin tutumu və mövcud təhsilalanların sayı əsasında təhsil müəssisəsi tərəfindən müəyyən edilməlidir.

2.7. Təhsil müəssisəsində şəxsi gigiyena qaydalarına əməl edilməsi və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri olan vasitələrin yetərli qədər olması təmin edilməlidir.

2.8. Təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsinə yol verilmir.

2.9. Evdə təhsil formasında təhsil prosesi sanitariya və gigiyena qaydalarına riayət olunmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edilir.

3. Operativ nəzarət və daxili tədbirlər planı

3.1. Bu Qaydaların tələblərinə əməl edilməsinə nəzarət müəssisənin rəhbərində saxlanılmaqla təhsil müəssisələrində operativ nəzarət üzrə məsul şəxs (şəxslər) təyin olunur.
3.2. Operativ nəzarət üzrə məsul şəxs (şəxslər) COVID-19- a yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə olunması, tədris və  4 təlim-tərbiyə prosesinin iştirakçılarına bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün məsuldur.
3.3. Operativ nəzarət üzrə məsul şəxs (şəxslər) COVID-19-la mübarizə ilə bağlı məlumatlandırıcı və xəbərdaredici materialların tədris və təlim-tərbiyə prosesinin iştirakçılarına çatdırılmasını təmin edir.
3.4. Operativ nəzarət üzrə məsul şəxs (şəxslər) təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik (müntəzəm) nəzarət formalarını və keyfiyyətə nəzarət cədvəllərini tərtib edir, həmçinin onların icrasına nəzarət edir.
3.5. Təhsil müəssisəsi sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə, habelə bu Qaydaların tələblərinə əməl edilməsi məqsədilə profilaktik və preventiv tədbirlərin əks olunduğu daxili tədbirlər planı hazırlamalı və təsdiq etməlidir. Tədbirlər planının icrasına operativ nəzarət üzrə məsul şəxs (şəxslər) nəzarət edir.
3.6. Operativ nəzarət üzrə məsul şəxs (şəxslər) Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsul şəxslərinin adları, soyadları və əlaqə nömrələrinin olduğu məlumat kitabçası ilə təmin edilir.
4. Tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair xüsusi tələblər
4.1. Təhsil müəssisələrinə giriş və çıxış üzrə tələblər:
4.1.1.təhsil müəssisəsinə daxil olan şəxslərin termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülür, bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə, onların müəssisəyə daxil olmasına yol verilmir;
4.1.2.təhsil müəssisəsində sıxlığın qarşısının alınması və fiziki
(sosial) məsafənin təmin olunması məqsədilə müəssisənin bütün qapılarının giriş və çıxış üçün istifadəsi təmin edilir;
4.1.3.təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər (təhsilalanlar, təhsilverənlər və s.) arasında minimum 1,5 metr sosial məsafə təmin olunur və bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnir;
5
4.1.4.təhsil müəssisəsinin girişi və çıxışı üçün nəzərdə tutulmuş ərazilər spirt tərkibli əl üçün dezinfeksiyaedici vasitələrlə təmin edilir;
4.1.5.təhsil müəssisəsinə bu Qaydalarla tibbi maska taxma tələbi qoyulan şəxslərin maskasız daxil olması qadağandır;
4.1.6.məktəbəqədər və icma əsaslı məktəbəqədər təhsil müəssisələrində, ümumi təhsil müəssisələrinin ibtidai və məktəbəhazırlıq qruplarında təhsilalanların müəssisəni sinif müəlliminin nəzarəti altında tərk etməsi təmin edilir.
4.2. Təhsilverənlərə dair tələblər:
4.2.1.təhsil müəssisələrində əyani formada tədris və təlimtərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunurlar;
4.2.2.təhsilverənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınır;
4.2.3. tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı olan təhsilverənlərin işində yaranan fasilələr onların iş vaxtına daxil edilir və əməkhaqqı saxlanılır;
4.2.4.iş prosesində tibbi və ya parça maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadə edilməlidir. İstifadə edilən fərdi qoruyucu vasitələr mütəmadi olaraq, habelə çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməli və bu zaman əllərin gigiyenasına dair tələblərə riayət edilməlidir;
4.2.5.müəllim otağında, kafedrada və digər heyətin iş və istirahət otaqlarında sosial məsafə (ən az 1,5 metr) gözlənilməlidir;
4.2.6. təhsilverən özündə və ya birgə yaşadığı şəxslərdə COVID-19 əlamətlərini (şübhəsini) hiss edərsə, bu barədə dərhal təhsil müəssisəsinin rəhbərliyinə məlumat verməlidir;
4.2.7. iş vaxtı ərzində təhsilverəndə bədən hərarətinin
37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.), bu Qaydaların 5-ci hissəsinin tələblərinə uyğun tədbirlər görülür;
4.2.8. COVID-19 testinin nəticəsi pozitiv çıxan və ya test nəticəsi pozitiv çıxmış şəxslə təmasda olduğu üçün təcridolunma rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən,habelə özündə və ya birlikdə yaşadığı şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş test nümunələrinin cavabları aşkarlananadək, həmin şəxslərin işə başlamasına icazə verilmir.
6
4.2.9. Bu Qaydalarla təhsilverənlərə münasibətdə müəyyən edilmiş tələblər təhsil müəssisəsinin tədris etməyən inzibati heyətinə də aiddir.
4.3.Təhsilalanlara dair tələblər:
4.3.1.təhsilalanların məktəbəqədər və ümumi təhsil müəssisələrində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində maskadan istifadəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir, peşə, orta ixtisas və ali təhsil
müəssisələrində isə maskadan istifadə məcburidir;
4.3.2. təhsilalan müəssisəyə daxil olarkən və müəssisə daxilində sosial məsafə gözlənilir;
4.3.3. şəxsi gigiyena qaydalarına (o cümlədən mütəmadi əlləri yumaq) əməl edilir;
4.3.4.dərs (məşğələ) müddətində təhsilalan, onun üçün
müəyyənləşdirilmiş yerdə oturur;
4.3.5. təhsilalan digər təhsilalanlara aid əşyalara toxunmur;
4.3.6. təhsilalan özündə və ya birgə yaşadığı şəxslərdə COVID-19 əlamətlərini (şübhəsini) hiss edərsə, bu barədə özü və ya valideynləri və ya digər qanuni nümayəndələri dərhal təhsil müəssisəsinin rəhbərliyinə məlumat verməlidir;
4.3.7. dərs (məşğələ) müddətində təhsilalanın bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi,
halsızlıq və s.), bu Qaydaların 5-ci hissəsinin tələblərinə uyğun tədbirlər görülür;
4.3.8. COVID-19 testinin nəticəsi pozitiv çıxan və ya test nəticəsi pozitiv çıxmış şəxslə təmasda olduğu üçün təcrid olunma rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən, habelə özündə və ya birlikdə yaşadığı şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş nümunələrinin cavabları aşkarlananadək, təhsilalanların təhsil müəssisəsinə gəlməsinə icazə verilmir.
4.4. Texniki heyətə dair tələblər:
4.4.1.texniki heyət üzrə yaşı 65-dən aşağı olan işçilər işə cəlb olunurlar;

4.4.2.texniki heyət üçün növbəli iş rejimi tətbiq edilir. Onların iş vaxtının əsasən tədris və təlim-tərbiyə vaxtından əvvəl və sonra 7 təşkili təmin edilməlidir. Texniki heyətin təhsilalanlarla və təhsilverənlərlə fiziki təması minimuma endirilməlidir;
4.4.3.texniki heyət mütləq qaydada təhsil müəssisəsində iş prosesində maskalardan və digər qoruyucu vasitələrdən istifadə etməlidir. İstifadə edilən fərdi qoruyucu vasitələr mütəmadi olaraq, habelə çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməli və bu zaman əllərin gigiyenasına dair tələblərə riayət edilməlidir;
4.4.4.texniki heyət istirahət üçün yerini dəyişdikdə (çay, yemək fasiləsi və s.) istifadə etdiyi maskanı və varsa, əlcəyi çıxarır və xüsusi qapalı zibil qutularına atır. Üz qoruyucunu növbəti dəfə istifadə etmək üçün 70%-li spirt məhlullu vasitə ilə təmizləyir;
4.4.5.iş vaxtı ərzində əməkdaşda bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.), bu Qaydaların 5-ci hissəsinin tələblərinə uyğun tədbirlər görülür;
4.4.6.təhsil müəssisəsinin girişində və çıxışında işləyən mühafizəçilər (faktiki xidmətdə olduqları müddətdə) tibbi maskalardan istifadə etməlidirlər. Mühafizəçilər hər hansı bir şəxsə 1,5 metrdən az məsafədən yaxınlaşdığı təqdirdə, tibbi maskalardan
əlavə, üz sipərlərindən də istifadə etməlidirlər;
4.4.7. COVID-19 testinin nəticəsi pozitiv olan və ya test nəticəsi pozitiv olmuş şəxslə təmasda olduğu üçün təcridolunma rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən,habelə özündə və ya birlikdə yaşadığı şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş test nümunələrin cavabları aşkarlananadək, həmin şəxslərin işə başlamasına icazə verilmir.
4.5. Dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ
saatlarına, dərs növbəsinə dair tələblər:
4.5.1. təhsil müəssisələrində tədris xüsusi karantin rejimi
dövrü üçün uyğunlaşdırılmış tədris planları əsasında həyata keçirilir;
4.5.2. gün ərzində əyani formada keçirilən dərs (təlim) və
dərsdənkənar (praktiki) məşğələlərin sayı uyğunlaşdırılmış tədris
planına müvafiq olaraq minimal sayda müəyyən edilir;
4.5.3. dərslər təhsilalanların sayından asılı olaraq, təsdiq
edilmiş qrafikə uyğun olaraq, səhər saat 8-dən başlayaraq növbəli
qaydada həyata keçirilir;
4.5.4. ümumi təhsil müəssisələrində dərs (təlim) və
dərsdənkənar (praktiki) məşğələ saatları məktəbəhazırlıq
8
mərhələsində 30 dəqiqə, ibtidai və ümumi təhsil səviyyələrində 45
dəqiqə olmaqla müəyyən edilir;
4.5.5. peşə təhsili müəssisələrində dərslərin davametmə
müddəti 30 dəqiqədir;
4.5.6.uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və
mərkəzlərində dərslərin davametmə müddəti 45 dəqiqədir;
4.5.7. orta ixtisas və ali təhsil müəssisələrində bir akademik
saatın davametmə müddəti 45 dəqiqədir. Akademik saatlararası
fasilə olmadıqda, dərsin müddəti 80 dəqiqə müəyyən edilir;
4.5.8. tədrisdə növbəlilik tətbiq olunur və növbələr arasında
tədris otaqlarında, dəhlizlərdə, yeməkxanalarda və sanitariya
qovşaqlarında təmizlik və dezinfeksiya işlərinin aparılması üçün 60
dəqiqəlik fasilə nəzərdə tutulur;
4.5.9. işəgötürənin istehsalat müəssisəsində təşkil edilən
istehsalat təlimi və təcrübəsi xüsusi karantin rejimi ilə bağlı tələblər
nəzərə alınaraq təşkil edilir;
4.5.10. valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün
internat məktəblərində, cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət
göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili
müəssisələrində dərslər bir növbədə təşkil edilir;
4.5.11. xüsusi internat məktəblərində evdən gələn
şagirdlərlə fiziki təmasın məhdudlaşdırılması məqsədilə (mümkün
olduğu halda) eyni sinif üzrə təhsil alan, evə gedib-gələn və
gecəqalan şagirdlər üçün ayrı-ayrılıqda siniflər təşkil edilir.
4.6. Dərslərarası (məşğələlərarası) fasilələrə, gəzinti
müddətinə dair tələblər:
4.6.1.dərslərarası (məşğələlərarası) fasilələr 10 dəqiqədən az
olmayaraq müəyyən edilir. Fasilələrdə təhsilalanların imkan daxilində
təmiz havada olması təmin edlir;
4.6.2.dəhlizlərdə və həyətyanı sahədə sıxlığı azaltmaq
məqsədilə tənəffüslərin vaxtı bu Qaydaların 4.5.3-cü yarımbəndi ilə
müəyyən edilən qrafikə uyğun tənzimlənir;
4.6.3.fasilə müddətində tədris otağında pəncərələr (mümkün
olduğu halda) açıq saxlanılır və sinif otaqlarının havası mütəmadi
dəyişdirilir;
4.6.4.mərkəzi havalandırma sistemi olan otaqların
havalandırılması təmiz hava sirkulyasiyasını təmin edəcək tərzdə
qurulmalı, havalandırma sistemlərinə texniki xidmətin göstərilməsi və
filtrlərin dəyişdirilməsi tələblərə uyğun olaraq həyata keçirilməlidir;
9
4.6.5.məktəbəqədər təhsil müəssisələrində fiziki mədəniyyət
məşğələsi təmassız oyunlarla məhdudlaşdırılır.
4.7.Tədris (sinif) otağına və müəllim otağına dair tələblər:
4.7.1.hər bir sinfin (qrupun) bütün dərs günü ərzində istifadəsi
üçün bir sinif otağı (auditoriya) və ya kabinet müəyyən edilir;
4.7.2.kimya, fizika, biologiya kabinetləri və s. otaqlardan
növbəli istifadə zərurəti olduqda, həmin kabinetlərdə (otaqlarda)
növbəti dərs saatı bütün səthlərin dezinfeksiyasından və otaqda
hava mübadiləsi təmin edildikdən sonra başlanılır;
4.7.3.tədris otaqlarında hər parta (masa) arxasında yalnız bir
təhsilalanın oturması və təhsilalanlar arasında məsafənın hər
tərəfdən 1,5 metrdən az olmaması təmin olunur;
4.7.4.təhsilalanların həmişə eyni parta (masa) arxasında
oturması təmin edilir;
4.7.5.dərslərarası (məşğələlərarası) tənəffüslərdə sinif (qrup)
otağının (auditoriyanın) havalandırılması təmin edilir;
4.7.6. növbələrarası fasilələrdə partaların (masaların), qapı və
pəncərə tutacaqlarının təmizlənməsi və dezinfeksiyası təmin edilir;
4.7.7.partaların (masaların) bir-birindən 1,5 m aralıda
düzülməsi təmin edilir;
4.7.8.müəllim otağında (kafedralarda) iş masalarının ara
məsafəsinin 1,5 m olmasına nəzarət edilir. Müəllimlərin (professormüəllim heyətinin) eyni zamanda otağa (kafedraya) toplaşması
məhdudlaşdırılır;
4.7.9.müəllim otağının (kafedraların) gün ərzində mütəmadi
havalandırılması və 2 dəfədən az olmamaq şərtilə təmizlənməsi və
dezinfeksiya edilməsi təmin edilir.
4.8. Laboratoriyalara, tədris-istehsalat emalatxanalarına,
tamaşa otaqlarına dair tələblər:
4.8.1.laboratoriyalar, tədris-istehsalat emalatxanaları mütəmadi
olaraq havalandırılır;
4.8.2.laboratoriyaların, tədris-istehsalat emalatxanalarının
qarşısında spirt tərkibli əl üçün dezinfektantları və əlcəklər
yerləşdirilir;
4.8.3.laboratoriyalarda, tədris-istehsalat emalatxanalarında ara
məsafəsi gözlənilməlidir;
4.8.4.laboratoriyalarda, tədris-istehsalat emalatxanalarında
təşkil edilən praktiki dərslərdə əlcək istifadə edilir;
4.8.5.döşəmələr xlor tərkibli məhlulla və ya digər vasitələrdə
mütəmadi olaraq dezinfeksiya edilməlidir;
10
4.8.6.tamaşa otaqlarının fəaliyyəti dayandırılır.
4.9. Yeməkxanalara (bufetlərə) dair tələblər:
4.9.1. internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla,
digər təhsil müəssisələrində yeməkxanaların (bufetlərin) fəaliyyəti
dayandırılır və təhsilalanların sinif otaqlarında qidalanması tövsiyə
edilir;
4.9.2. internat tipli ümumi təhsil müəssisələrində:
4.9.2.1. yeməkxana girişlərinə spirt tərkibli əl üçün
dezinfeksiya vasitəsi qoyulur;
4.9.2.2. yeməkxanada masa və oturacaqlar aralarında
məsafə ən az 1,5 metr olmaqla düzülür;
4.9.2.3. təhsilalanların yeməkdən əvvəl və sonra əllərinin
bol su və sabunla ən azı 20 saniyə yuması üçün vasitələrlə təmin
edilir;
4.9.2.4. ümumi olan əşyalar istifadə edildikdən sonra su və
yuyucu vasitə ilə yuyulur və növbəti istifadəyə qədər təmiz şəraitdə
saxlanılır;
4.9.2.5. yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına
əməl edir, əlcək və tibbi maska taxır;
4.9.2.6. yeməkxanada növbə yerləri döşəmə işarələri ilə
ayrılır;
4.9.2.7. yemək hazırlanmasında istifadə edilən dəzgahlar
başqa məqsədlər üçün istifadə edilmir;
4.9.3. mətbəxlərində sosial məsafənin təmin edilməsi və
sanitariya-gigiyena qaydalarına əməl edilməsi mümkün olmayan
internat tipli təhsil müəssisələrinin yeməyin hazırlanması dayandırılır
və həmin müəssisələrə hazır yeməyin gətirilməsi təmin olunur;
4.9.4. peşə təhsili müəssisələrində fəaliyyət göstərən
yeməkxana/bufetlərin tədris məqsədləri üçün istifadəsinə icazə
verilir.
4.10. Sanitariya qovşaqlarına olan tələblər:
4.10.1. sanitariya qovşağının döşəməsi, çanaqlar, qapı
tutacaqları və digər istifadə olunan səthlər xüsusi dezinfeksiyaedici
vasitələrlə hər iki saatdan bir təmizlənməli və dezinfeksiya
edilməlidir;
4.10.2. sanitariya qovşaqlarının təmizlənməsi saatlarının
qeydiyyatı aparılmalıdır;
4.10.3. sanitariya qovşaqlarında maye sabun, dezinfeksiyaedici
məhlul hər zaman olmalıdır;
11
4.10.4. texniki işçi heyəti təmizlik zamanı əlcək və maskadan
istifadə etməli, təmizlik prosesindən sonra istifadə olunan qoruyucu
vasitələr xüsusi qapalı zibil qutularına atılmalıdır;
4.10.5. sanitariya qovşaqlarında gigiyenaya dair məlumatlar və
xəbərdarlıq posterləri olmalıdır;
4.10.6. sanitariya qovşaqları yaxşı işıqlandırılmalıdır;
4.10.7. sanitariya qovşaqlarının girişi qarşısında fiziki
(sosial) məsafənin saxlanması üçün döşəmə və keçidlərə
xəbərdaredici nişanlar yerləşdirilməli, eləcə də giriş qapısı önündə və
tamburda dezinfeksiyaedici vasitələrlə isladılmış dezinfeksiyaedici
ayaqaltılar və əllərin dezinfeksiyası üçün spirt tərkibli antiseptiklər
olmalıdır;
4.11. Yataqxanalara (yataq otaqlarına) dair tələblər:
4.11.1. təhsil müəssisəsinin nəzdindəki yataqxanalarda
qalacaq təhsilalanların sayı yenidən nəzərdən keçirilməli və bu
Qaydalarla müəyyən edilmiş sosial məsafə tələblərinin tətbiqinə
imkan verən sayda təhsilalana xidmət göstərilməlidir;
4.11.2. təhsilalanların otaqlarını dəyişməsinə icazə verilmir;
4.11.3. təhsilalanların qaldığı otaqlara eyni otaqda qalanlar
istisna olmaqla, kənar şəxslərin daxil olmasına icazə verilmir;
4.11.4. təhsilalanın yataqxanada qaldığı müddətdə bədən
hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən olunduqda və
ya hər hansı xəstəlik əlamətləri müşahidə edildikdə (yüksək hərarət,
öskürək, nəfəs darlığı, dadbilmə və iybilmə hissinin itməsi, halsızlıq
və s.), bu Qaydaların 5-ci hissəsinin müddəalarına uyğun tədbirlər
görülür;
4.11.5. yoluxucu xəstəlik əlamətləri aşkar edilənlərin
müvəqqəti təcrid edilməsi üçün ən azı iki çarpayılıq izolyasiya otağı
daimi olaraq təchiz edilmiş vəziyyətdə saxlanılmalıdır;
4.11.6. yataqxananın girişlərində dezinfeksiya vasitəsi
yerləşdirilir;
4.11.7. yataqxanada sosial məsafə və gigiyena qaydalarına
riayət edilir;
4.11.8. yataqxanada çarpayılar ən azı 1,5 metr məsafə ilə
yerləşdirilir;
4.11.9. yataqxana gündə 2 dəfədən az olmamaq şərtilə
havalandırılmalı, pəncərələr tez-tez açılmalıdır. Duş qəbul edilən
yerlər və sanitariya qovşaqlarında sosial məsafə qaydalarına diqqət
edilməlidir;
12
4.11.10. duş kabinələri və sanitariya qovşaqlarının
pəncərələri havalandırma məqsədilə gündə 2 dəfədən az olmamaq
şərtilə açılmalıdır;
4.11.11. duş kabinələri hər gün dezinfeksiya edilməlidır;
4.11.12. əllərlə tez-tez təmas edilən səthlər (qapılar,
dolablar, elektrik düymələri və s.) gün ərzində 2 dəfədən az
olmamaq şərtilə təmizlənməlidir;
4.11.13. yataqxanada mətbəx, camaşırxana, paltarların
qurudulması və ütülənməsi otaqları, tibbi xidmət və digər inzibatitəsərrüfat otaqları müvafiq təmizlik və dezinfeksiya tədbirlərinə
uyğun olaraq, aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət
tərəfindən təmizlənməli və dezinfeksiya edilməlidir.
4.12. İdman və akt zallarına, kitabxanaya və hovuza dair
tələblər:
Təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman
və akt zallarından, kitabxana və hovuzdan istifadə dayandırılır.
5. Xəstəlik daşıyıcıları ilə bağlı nəzarət tədbirləri
5.1. Təhsil müəssisəsində COVID-19 virusunun şübhə
olduğu hallarda ünsiyyət üçün yetərli sayda müvafiq qoruyucu
geyimlərin (üz üçün sipər, baxil, tibbi əlcək, tibbi maska) olması
təmin edilməlidir.
5.2. Xəstəlik şübhəsi olan şəxs dərhal yaşadığı yerə
göndərilməli (təhsilalandırsa, valideyninə və ya digər qanuni
nümayəndəsinə məlumat verilməli) və 103 Təcili Tibbi Yardıma
müraciət edilərək həkimlər tərəfindən laboratoriya müayinəsindən,
tələb olunduğu halda COVID-19 testindən keçməli və yaşadığı yerdə
özünütəcrid rejimində olmalıdır. Xəstəlik şübhəsi olan təhsilalanın
valideyni və ya digər qanuni nümayəndəsi olmadığı təqdirdə, təhsil
müəssisəsi onun dərhal COVID-19 testindən keçirilməsi üçün 103
Təcili Tibbi Yardıma müraciət etməli və tibb müəssisəsi tərəfindən
təhsilalanın xəstəxanaya yerləşdirilməsi təmin edilməlidir.
5.3. Təhsil müəssisəsi daxilində xüsusi karantin otağı
(otaqları) ayrılmalıdır.
5.4. Xəstəlik şübhəsi olan şəxs yaşadığı yerə gedənədək
(təhsilalandırsa, valideyninə və ya dgər qanuni nümayəndəsinə
məlumat verilənədək), izolyasiya edilməsi məqsədilə xüsusi karantin
otağında yerləşdirilir.
13
5.5. Xəstəlik şübhəsi olan şəxsin təhsil müəssisəsində olan
digər şəxslərlə təması minimuma endirilir və onunla təmasda olan
şəxslərin fərdi mühafizə vasitələrindən (tibbi maska, əlcək, üz sipəri,
baxil) istifadəsi təmin edilir.
5.6. Karantin otağında pəncərələr (mümkün olduğu halda)
açıq saxlanılır və otaqda havalandırma təmin edilir.
5.7. Xəstəlik şübhəsi olan şəxs təhsil müəssisəsini tərk
etdikdən sonra karantin otağının 3 saat istifadəsiz saxlanılması və
oraya girişə icazə verilməməsi, qapının üzərinə “istifadəyə
yararsızdır” nişanının vurulması tövsiyə olunur.
5.8. Xəstəlik şübhəsi olan şəxs təhsil müəssisəsini tərk
etdikdən sonra karantin otağının 3 saatdan sonra (tövsiyə olunan
müddət) təmizlənməsi və dezinfeksiya olunması təmin edilməlidir.
5.9. Xəstəliyə yoluxma faktı təsdiq edildiyi halda, xəstə
şəxsin təmasda olduğu digər şəxslər və yerlər müəyyən olunmalı,
müvafiq qaydada izolyasiya, təmizləmə və dezinfeksiya tədbirləri
görülməlidir.
5.10. COVID-19 testinin nəticəsi pozitiv çıxan və ya test
nəticəsi pozitiv çıxmış şəxslə təmasda olduğu üçün özünütəcrid
rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin
sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən,
habelə özündə və ya birlikdə yaşadığı şəxslərdə şübhəli əlamətlərin
olması səbəbindən götürülmüş test nümunələrinin cavabları
aşkarlananadək, şəxslərin təhsil müəssisəsinə gəlməsinə icazə
verilmir.
5.11. Xəstəlik əlamətləri müşahidə olunan şəxslərin
təmasda olduğu şəxslərin müəyyənləşdirilməsi və idarə edilməsi
təmin olunmalı və bununla bağlı aidiyyəti orqanlara məlumat
verilməlidir.
5.12. Kütləvi xəstəlik şübhəsi olduğu hallarda evakuasiya
həyata keçirilməli, bu haqda əvvəlcədən təlimatlandırılmış işçi
heyətin nəzarəti altında təhsil müəssisəsində olan bütün şəxslər
müəssisədən çıxarılmalı və müəssisə tamamilə dezinfeksiya
olunmalıdır.
5.13. Kütləvi xəstəlik şübhəsi hallarında hava-damcı yolu ilə
keçən yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması
təhlükəsi yarandığı zaman Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında
Azərbaycan Respublikasının Təhsil Nazirliyini məlumatlandırmaqla,
14
təhsil müəssisəsinin və ya ayrı-ayrı siniflərin (qrupların) fəaliyyətinin
dayandırılması barədə qərar qəbul edilməlidir.
6. Şəxsi gigiyenaya dair tələblər
6.1. Təhsil prosesinin iştirakçıları mütəmadi olaraq, o
cümlədən sanitariya qovşağından istifadədən, asqırma və
öskürmədən, sənədlərlə təmasdan sonra və s. əllərini təmiz yumalı
və ya dezinfeksiya etməlidirlər.
6.2. Əllərin gigiyenasına dair aşağıdakılar edilməlidir:
6.2.1. əllər axar su ilə isladılmalı və sabunlanmalı;
6.2.2. əllər, barmaqların və dırnaqların arası yaxşı
sabunlanmalı;
6.2.3. sabunlu əllər ən azı 20 saniyə ovuşdurulmalı;
6.2.4. əllər axar suyun altında mükəmməl durulanmalı;
6.2.5. əllər təmiz salfetlərlə qurulanmalı;
6.2.6. sabun və ya su istifadəsi mümkün olmadıqda, spirt
tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edilməli.
6.3.Tibbi maskalardan ümumi istifadə qaydaları:
6.3.1.maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz
və maska arasındakı boşluqları minimuma endirmək şərtilə
taxılmalıdır;
6.3.2.istifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə
əllə toxunmaq olmaz;
6.3.3.maska çıxarılarkən müvafiq qaydalara əməl edilməlidir
(maskanın ön hissəsinə toxunmadan, arxa hissəsindəki ipləri
vasitəsilə çıxarılmalıdır);
6.3.4.maskanı çıxardıqdan sonra əllər spirt tərkibli
dezinfektantla təmizlənməli, yaxud sabun və su ilə təmiz
yuyulmalıdır;
6.3.5. maskanın hər iki saatdan bir, çirkləndikdə və ya
nəmləndikdə dəyişdirilməsi vacibdir;
6.3.6.birdəfəlik maskalardan təkrar istifadə edilməsinə yol
verilmir;
6.3.7.birdəfəlik maskaların istifadəsindən sonra onların
zərərsizləşdirilməsi və kənarlaşdırılması vacibdir.
6.4. Öskürək və ya respirator xəstəlik zamanı şəxsi gigiyenaya
aşağıdakı qaydada əməl edilməlidir:
6.4.1.öskürəndə və asqıranda ağız kağız salfetlə bağlanmalı
və istifadə olunmuş salfet ağzı bağlı zibil qabına atılmalıdır;
15
6.4.2.respirator axıntı ilə təmasdan sonra əllər müvafiq
qaydada təmizlənməlidir;
6.4.3.respirator simptomları olan şəxslər tibbi maskalardan
istifadə etməli və sosial məsafə qaydalarına riayət etməlidirlər (1,5
metr).
7. Malların təhsil müəssisələrinə gətirilməsi və tullantıların idarə
edilməsi
7.1. Malların təhsil müəssisəsinə gətirilməsi zamanı sosial
məsafənin saxlanılması təmin edilməlidir.
7.2. Mal və məhsulların boşaldılması ilə məşğul olan işçilər
tərəfindən əl gigiyenası qaydalarına əməl olunması təmin edilməlidir.
7.3. Təhsil müəssisəsinin qida məhsullarının tədarükü,
istehsalı, hazırlanması və servisi ilə məşğul olan bölmələrinin işçi
heyəti bu bölmələrə qısa müddətə daxil olan təchizatçılar, texniki
xidmət işçiləri, malların daşınmasını həyata keçirən sürücülərlə və
digər şəxslərlə yaxın təmasda olmamalı, sosial məsafəyə riayət
etməli və qoruyucu vasitələrdən istifadə etməlidir.
7.4. Tullantılarla bağlı işlərə məsul işçi ayrılmalıdır.
7.5. Ümumi istifadədə olan ərazilərdə maska, əlcək kimi
qoruyucu vasitələr üçün tullantı qutuları qoyulur, həmin qutuların
üzərində onların yalnız həmin məqsədlər üçün nəzərdə tutulduğu
göstərilir. Bu cür tullantılar digər tullantılarla qarışdırılmadan ayrılıqda
utilizasiya edilir.
7.6. Ümumi istifadədə olan ərazilər tullantılardan
təmizləndikdə, birdəfəlik əlcəklərdən istifadə edilir. İşçi heyət
tərəfindən tullantılar təmizlənib utilizasiya edildikdən sonra əlcəklərin
çıxarılması və əl gigiyenası tələblərinə riayət olunmalıdır.
7.7. Tullantılar kip bağlanan və sızıntıya dayanıqlı möhkəm
zibil qutularına yığılır.
8. Təlim və maarifləndirmə
8.1. Təhsil müəssisəsinin rəhbərliyi hava-damcı yolu ilə
ötürülən xəstəliklərin, xüsusilə COVID-19 virusunun yayılmasının
qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılmasını və işçi
heyət üçün müvafiq təlimlərin keçirilməsini təmin edir. Bu təlimlər
fiziki (sosial) məsafə qaydalarına uyğun şəraitdə, habelə mümkün
hallarda distant qaydada keçirilir.
16
8.2. Sanitariya qovşaqlarında düzgün əl yumaq qaydalarını
əks etdirən posterlər yerləşdirilir.
8.3. Təhsil müəssisələrinin görünən yerlərində (dəhlizlərdə,
sanitariya qovşaqlarında, yataqxanada, yeməkxanada və s.) COVID19 pandemiyası zamanı zəruri olan davranış qaydalarını əks etdirən
posterlər yerləşdirilir.
8.4. Təhsilalanlara COVID-19 virusu barədə zəruri
informasiyanı, eləcə də gigiyena və sosial davranış qaydalarını
özündə əks etdirən bukletlər paylanılır.
8.5. Təhsil müəssisəsinin rəhbərləri və operativ nəzarət
üzrə məsul şəxs (şəxslər) üçün müəssisədə sanitariya-gigiyena
qaydalarına nəzarət, tədris və təlim-tərbiyə prosesinin idarə edilməsi,
valideyn və təhsilalanlara dəstək mexanizmini əks etdirən təlimatlar
hazırlanır və onlara çatdırılır.
8.6. Təhsilverənlər üçün tədris prosesinin idarə edilməsi,
təhsilalanların gigiyenik və sosial davranış qaydalarına əməl
etməsinə nəzarəti, eləcə də onlara sosial-emosional dəstək
verilməsini əks etdirən təlimat hazırlanır və elektron versiyada
paylaşılır.
8.7. Valideynlər üçün COVID-19 virusu barədə zəruri
informasiyanı, övladlarının təhsilinə dəstək üsullarını, eləcə də
uşaqlara sosial-emosional yardımı özündə əks etdirən yaddaş
kitabçası hazırlanır və elektron versiyada paylaşılır.
8.8. Texniki heyət COVID-19 virusunun əlamətləri (şübhəsi)
müəyyən edilən şəxslərlə təmasda olacağı təqdirdə, riayət etməli
olduqları davranış qaydaları barədə məlumatlandırılır.
9.Yekun müddəalar
9.1. Bu Qaydaların tələblərinə riayət olunmasına ümumi
nəzarət və koordinasiya Azərbaycan Respublikasının Təhsil Nazirliyi
tərəfindən həyata keçirilir.
9.2. Bu qaydaların tələblərinə riayət edilməsinə dövlət
nəzarəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi,
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qida
Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.