Biləsuvar rayonun Mahmudçala adlanan ərazisində qanunsuz ov edən rayonun Xırmandalı kənd sakinləri Ş.Cəfərov və B.Teymurov saxlanılıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat verib.

Bildirilib ki, həmin şəxslərdən birinin müvafiq sənədləri olmayan ümumilikdə iki ədəd “İj” markalı ov tüfəngi, ov məqsədilə istifadə edilən digər alətlər və 20 ədəd qanunsuz olaraq ovladıqları çöl quşu aşkar edilərək götürülüb.

Ovlanan həmin quşlardan üçünün adı “Qırmızı kitab”a düşən Sultan toyuğu olduğu müəyyən edilib. 

Faktla bağlı Biləsuvar Rayın Polis Şöbəsində araşdırma aparılır.