“Neftçi”nin əvəzedicilərdən ibarət komandasının məşqçilər korpusuna yeni təyinat olub. Elşən Poladov bundan sonra sözügedən komandada qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.
Unikal.org xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
40 yaşlı mütəxəssislə bir il müddətinə müqavilə bağlanıb.
Qeyd edək ki, Poladov “Xəzər” (Sumqayıt), “Kimyaçı” (Sumqayıt), OİK (Bakı), “Şəfa” (Bakı), “Dinamo” (Bakı), “Bakı”, “Turan” (Tovuz), “Şəmkir”, “Olimpik” (Bakı), “Kəpəz” (Gəncə), “İnter” (Bakı) klublarında oynayıb.
“Bakı” və “İnter”lə Azərbaycan çempionu, “Şəfa” və “Bakı” ilə ölkə kubokunun qalibi olub. 2017-ci ildə futbolçu karyerasını bitirəndən sonra məşqçiliyə başlayıb. “Sumqayıt”ın U-16 və U-17 komandalarında çalışıb.