Güney Azərbaycanlılar BMT-dən REFERENDUM tələb etdi
15:55 15-12-2012
İQTİSADİYYAT
Güney Azərbaycanlılar BMT-dən REFERENDUM tələb etdi
Güney Azərbaycanda fəaliyyət göstərən bir sıra təşkilatlar BMT baş katibi Pan Gi Muna Güney Azərbaycanın tarixi ərazilərində referendum keçirilməsi üçün müraciət edib. Azərbaycan Milli Demokartik Birliyi, Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT), Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Güney Azərbaycan Demokrat Partiyası (GADP), Güney Azərbaycan İstiqlal Partiyası (GAİP), Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP), Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC), Güney Azərbaycan Milli Oyanış Hərəkatı(GAMOH), Güney Azərbaycan Qurtuluş Partiyasının ünvanladığı müraciətdə bildirlir:
1813 və 1828-ci illərdə Qacar şahğılı (Məmalik məhrusə) və Çar imperiyası arasında imzalanan Gülüstan və Türkmənçay müqavilələri nəticəsində zorla ikiyə bölünmüş Azərbaycanın böyük bir hissəsi (Güney Azərbaycan) İran adlanan ölkənin işğalı altındadır və orada yaşayan 30 milyondan çox Azərbaycan türkü illərdir ki, fars mərkəzli rejimlər tərəfindən assimilyasiya və müstəmləkəçi siyasətə məruz qalmaqdadır.
1925-ci ildə Qacar şahlığının çevrilişi ilə hakilmiyyətə gələn, "vahid İran milləti" şüarı altında farslaşdırma siyasətinin bünövrəsini qoyan Pəhləvi hakimiyyətinin basqısı ilə Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinin milli kimliyi danıldı, tarixi təhrif edildi, iqtisadiyyatı dağıdıldı, dili və mədəniyyəti yasaqlandı. Fars şovinizminə əsaslanan ayrıseçkilik siyasətinə qarşı mübarizə aparan Azərbaycan türkləri şah rejiminin tətbiq etdiyi işgəncə və həbslərə baxmayaraq, Güney Azərbaycanda 12 dekabr 1945-ci ildə Seyid Cəfər Pişəvərinin başçılığı altında Azərbaycan Milli hökumətini qurmağa nail oldular. Azərbaycan Milli Hökumətinin fəaliyyət göstərdiyi 1 il ərzində azərbaycanlıların bir çox demokratik fərdi və ictimai hüquqları ilə yanaşı, ana dilində təhsilalma hüququ da təmin edildi, Pəhləvi rejimi tərəfindən farslaşdırılmış Azərbaycanın qədim tarixi yer adları bərpa olundu.
1946-cı il yanvarın 28-də Güney Azərbaycan Milli Hökumətinin banisi S.C.Pişəvəri millətlərin öz müqəddəratını təyinetmə hüququna əsaslanaraq Azərbaycan Milli Hökumətinin BMT tərəfindən rəsmi şəkildə tanınması məqsədilə BMT Baş Assambleyasına müraciət etdi. Təəssüf ki, BMT Azərbaycan Milli Hökumətinin bu istəyini müzakirəyə çıxarmadan öncə Pəhləvi rejimi Güney Azərbaycan ərazisinə qoşun yeridərək 10 minlərlə azərbaycanlının ölümü ilə nəticələnən soyqırım törətdi, Azərbaycan Milli Hökumətini devirdi və Güney Azərbaycan ərazisini işğal etdi. Bununla kifayətlənməyən Pəhləvi sülaləsi iqtisadi, mədəni, elmi potensialı və coğrafi mövqeyinə görə aparıcı rola malik olan Güney Azərbaycanı hərtərəfli tənəzzülə uğratdı.
Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinə qarşı aparılan bu irqçi siyasət 1979-cu ildən hakimiyyətə gələn islami rejim tərəfindən də farsçılıq əsasında davam etdirilir. İranın xarici işlər naziri Əli Əkbər Salehinin Türkiyə səfəri zamanı etiraf etdiyi kimi, İranda əhalinin 40 % Azərbaycan türkü olduğu halda, bu gün də orada Güney Azərbaycanın inzibati ərazi bölgüsünün dəyişdirilməsi, süni ekoloji problemlər yaratmaqla azərbaycanlıların öz tarixi torpaqlarından məqsədli şəkildə köçürülməsi planları (Urmu gölünün qurudulması), milli kimliyin inkar siyasəti ilə Azərbaycan türklərinin assimilyasiyasına məruz qalmaları, ictimai-siyasi fəaliyyətlərə qarşı işgəncə və həbslər davam etdirilir".
Müraciət müəllifləri Güney Azərbaycanda 30 milyondan çox Azərbaycan türkünün milli-demokratik haqlar uğrunda milli azadlıq mübarizəsini davam etdirməkdə olduğu vurğulanır.
Güney Azərbaycan siyasi qüvvələri BMT Baş Məclisinin 16 dekabr 1966-cı il tarixli 2200 A ( XXİ) saylı Qətnaməsi ilə qəbul olunmuş "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" beynəlxalq pakta əsasən, BMT-nin nəzarəti ilə Güney Azərbaycanın tarixi ərazisində Azərbaycan türklərinin iştirakı ilə referendumun keçirilməsini tələb edir və bu məsələnin BMT-yə üzv dövlətlərin gündəliyinə çıxarılacağına ümid edirlər : "İnanırıq ki, təcavüzə məruz qalmış 30 milyondan çox bir millətin milli, siyasi, mədəni hüquqlarının tanınması və bəşəriyyətin tərəqqisinə xidmət edəcək bir milli-demokratik dövlətdə yaşamaq istəyi dünya dövlətləri tərəfindən dəstəklənəcək".
Alpər Oğuz
Digər Xəbərlər
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42