Goranboy Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub.
Unikal.org xəbər verir ki, bununla bağlı Goranboy RİH məlumat yayıb.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin əmri ilə Yasin Şəmsəddin oğlu Məmmədov Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə, Şaiq Akif oğlu Qənbərli Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsinə təyin ediliblər.
Həmçinin Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Teyyubov Rauf Teyyub oğlu öz ərizəsinə əsasən vəzifəsindən azad edilib, bu vəzifəyə Əvəzov İsmayıl Yusif oğlu təyin edilib.
Qeyd edək ki, Sayad İsmayıl oğlu Quliyev Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsindən təqaüd yaşına çatdığı üçün azad edilib.