Sentyabrın 15-i saat 2 radələrində Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini Ç.Rəhimovun xuliqanlıq zəminində pnevmatik tüfəngdən açdığı atəşlə kürəkəni N.Allahverdiyevin qol nahiyəsinə xəsarət yetirməsi barədə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində Ç.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan “Qamo” markalı pnevmatik tüfəng və 42 ədəd patron  (pnevmatik) götürülüb.