“Bu gün - sentyabr ayının 17-də Milli Məclisin payız sessiyası çərçivəsində İnsan hüquqları komitəsinin ilk iclası oldu. İclasda söylədim ki, sosial şəbəkələrdə cürbəcür dezinformasiyalar yayılır. Yəni müxtəlif dezinformasiyanı həqiqət kimi yayırlar".
Unikal.org xəbər verir ki, bunu report-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib:
"Elə bu konteksdə söylədim ki, mənə daxil olmuş məlumata əsasən, guya Əfv Komissiyasında kimlərisə müdafiə etmək üçün hətta deputatın sürücüsü də müəyyən imkanlara malikdir. Bu informasiyanı sosial şəbəkələrdəki dezinformasiya konteksində söylədim. Bildirdim ki, bu kimi məlumatlar daxil olur. Mən şəxsən buna inanmıram, buna çox böyük şübhə ilə yanaşıram və güman edirəm ki, bu da dezinformasiyadır. Amma istənilən halda belə bir məlumat daxil olub. Görünür, bu da müəyyən insanların sosial şəbəkələrdə və digər yerlərdə müxtəlif üsullarla yaydığı dezinformasiyadır. Buna görə də, həmkarlarımdan narahat olublarsa, üzr istəyirəm. Millət vəkilinin vəzifəsi narahatedici məsələləri qabartmaqdır, onu müzakirə predmetinə çevirməkdir”.