"İnstaqram" sosial şəbəkəsinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.
Unikal.org-un məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Məlumata əsasən, "İnstaqram"ın işində texniki qüsurlar əsasən ABŞ, Avropa ölkələri, Braziliya və digər ölkələrdə müşahidə edilib.
İstifadəçilərin təxminən 75 faizi xəbər lentində, 16 faizi sayta girişdə, 7 faizi isə hesaba daxil olarkən problemlərlə üzləşiblər.