Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi artırılıb.
Unikal.org xəbər verir ki, bu Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 2011-ci il 18 iyul tarixli 120 nömrəli və “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, inzibati məhkəmələri və kommersiya məhkəmələrinə 16 xidməti minik avtomobillərinin ayrılması müəyyən edilib. Belə ki, inzibati məhkəmələrə 8 , kommersiya məhkəmələrinə 8 xidməti minik avtomobili ayrılıb.
İndiyə qədər Azərbaycan Respublikasının inzibati-iqtisadi məhkəmələrinə 10 ədəd xidməti minik avtomobili ayrılırdı.