Özbəkistanın ilk prezidenti İslam Kərimovun kiçik qızı Lola Kərimova – Tillyayeva özünün ilk kitabını dərc edib.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı o özünün “Instagram” səhifəsində verib.
Lola Kərimova – Tillyayeva kitabını özünün “elmi və mənəvi axtarışları” əsasında yazdığını bildirib.
““Mən “Be Your Own Harmonist: Awakening Your Inner Wisdom for Physical, Mental and Emotional Wellbeing” adlı kitabımın işıq üzü gördüyünü elan etməyə şadam. Kitab ingilis dilində yazılıb və hər birimizdə olan insan potensialından, öz düşüncələrimizə, qidalanmağımıza və duyğularımıza daha şüurlu yanaşaraq özümüzə necə kömək edə biləcəyimizdən bəhs edir ”, - deyə Kərimova yazıb.