İranda ötən sutka ərzində 177 nəfər koronavirusdan (COVID-19) ölüb.
Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.
S. Sadat Larinin sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 24 478 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 3 341 nəfər koronavirusa yoluxub. Beləliklə İranda COVID-19-a yoluxanların sayı 425 481 nəfərə çatıb.
O qeyd edib ki, İranda indiyədək 361 523 nəfər koronavirusdan sağalıb.
Süleyman Fərzəliyev