Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC brendi daha bir ölkədə tanındı.

Unikal.org xəbər verir ki, dünya təhsil brendləri arasında öz mövqeyini gücləndirən UNEC, Rusiyadan sonra  Ukraynada da tanındı. Belə ki, UNEC Ukrayna İntellektual Mülkiyyət İnstitutu tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin brendi kimi qorunma altına alındı.

Əhatə dairəsini gündən-günə genişləndirən UNEC Litva, Latviya, Polşa, Slovakiya, Macarıstan, Xorvatiya, Türkiyə, Estoniya, Rusiyadan sonra 10-cu ölkədə tanınmış oldu.