Aleksandr Lukaşenkonun inauqurasiyasından sonra Belarus hərbçiləri xalqa və respublikanın prezidentinə sədaqət andı içiblər.

Unikal.org bu barədə “Sputnik” Belarusa istinadla xəbər verir.

“Mərasimdə müxtəlif qoşun növlərinin nümayəndələri iştirak ediblər. Onlar Belarus xalqı və Ali Baş Komandan qarşısında Vətənin suverenliyini və ərazi bütövlüyünü etibarlı şəkildə müdafiə etməyə hazır olduqlarına and içdilər”, - deyə agentlik yazıb.

Xatırladaq ki, bu gün Aleksandr Lukaşenkonun and içmə mərasimi baş tutub. Bununla da o, 6-cı dəfə prezident kürsüsündə əyləşib.