İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində zəruri qayda və tələblərə əməl olunmasına nəzarət tədbirləri çərçivəsində monitorinq keçirib.
Nazirlikdən Unikal.org-a verilən məlumata görə, sentyabrın 23-də keçirdiyi monitorinqlər zamanı ümumilikdə 127 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.