Azərbaycan Dövlət Turizm Agenliyinin dəstəyi və Azərbyacan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə 26 sentyabr 2020-ci il tarixdə Ümumdünya Turizm günü ilə əlaqədar “Ümumdünya Turizm günü: Azərbaycanda kənd turizminin inkişaf trendləri” mövzusunda tədbir keçirilib.
Unikal.org-a Universitetdən xəbər verilib ki, onlayn formatda baş tutan tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin “Mədəni irs və regional turizm” şöbəsinin nümayəndəsi Könül Nuriyeva, “Absheron Hotels Group”un Gəlirlərin idarə olunması üzrə direktoru və ATMU-nun “Mehmanxana və restoran biznesi” kafedrasının müəllimi Bahar Qəniyeva, Şəki Destinasiya Menecmenti Təşkilatının direktoru, həmçinin ATMU-nun məzunu Səbinə Yadullayeva, “Biogarden Agro ekoturizm məkanı”nın rəhbəri və “Şəhərdən Kəndə” layihəsinin iştirakçısı Etibar Nuriyev, “Citrus valley” fermer təsərrüfatının rəhbəri və “Şəhərdən Kəndə” layihəsinin iştirakçısı Rəftarə Şükürova çıxışçı qismində iştirak etmişlər.
Sonda təbdir iştirakçıları onları maraqlandıran sualları çıxışçılara ünvanlayıb ətraflı cavablar əldə etdilər.