Sentyabrın 27-də Ermənistan ordusu cəbhənin bütün istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini ağır artilleriyadan istifadə etməklə atəşə tutub, hücumlar edib. Azərbaycan tərəfi isə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, hərbi mövqelərini, yaşayış məntəqələrini, mülki əhalini və infrastrukturu qorumaq məqsədilə özünümüdafiə hüququndan istifadə etmək məcburiyyətində qalıb və əks-hücum əməliyyatına başlayıb.

Döyüşlər boyu Azərbaycan Silahlı qüvvələrinin düşmən üzərindəki üstünlükləri xalqda çox böyük ruh yüksəkliyi yaratmaqla bərabər, orduya olan inam, güvən hissini də durmadan artırır. Bu gün hər bir Azərbaycan vətəndaşı ordunun yanında olduğunu göstərir, gənclər ruh yüksəkliyi ilə səfərbərliyə gedir, əhali daim ordumuza güvəndiyini bildirir.

Müxtəlif qurumlar Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr etməklə ordumuza və dövlətimizə dəstək kampaniyasını həyata keçirir.

Unikal.org xəbər verir ki, bu məqsədlə, “İtaldizain” Şirkətlər qrupu Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 100 000  manat ianə edib.

Allah ordumuzu qorusun!

Qarabağ Azərbaycandır!