Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndi Suqovuşan adlandırılacaq.

Unikal.org xəbər verir ki, bu məsələ Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.

“Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi parlamentin sabahkı iclasında müzakirəyə çıxarılacaq.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndinin Suqovuşan adlandırılması təklif olunur.