Samuxda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hərəkətdə olan "VAZ 2107" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı mağazaya çırpılıb. Qəza zamanı sürücü F.Həsənov və 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov