Rusiya Federasiyası, Fransa və Amerika Birləşmiş Ştatlarının xarici əlaqələr qurumlarının rəhbərləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat hazırlayırlar.

Unikal.org xəbər verir ki, bu barədə RF-nın XİN rəhbəri Sergey Lavrov Rusiyada Avropa biznesi Assosiasiyasının nümayəndələri ilə görüşündə deyib.

“Rusiya, Fransa və ABŞ prezidentlərinin təmsil etdikləri üç həmsədr (ATƏT-in Minsk Qrupu - red.) güclü bəyanatla çıxış edib. İndi üç ölkənin xarici işlər nazirlərinin birgə bəyanatını hazırlayırıq”, - deyə Lavrov bildirib.