Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla fransalı həmkarı Jan-İv Le Drian arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı nazirlər Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti müzakirə edib, genişmiqyaslı hərbi əməliyyatların davam etməsi ilə bağlı ciddi narahatlıqlarını bildiriblər.