"Türkiyənin NATO üzrə müttəfiqləri güclü həmrəylik nümayiş etdirməlidir".

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Ankarada NATO baş katibi Yens Stoltenberqlə görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Məlumata görə, tərəflər regional problemləri - Şərqi Aralıq Dənizində, Suriyada və Liviyada yaranmış vəziyyəti müzakirə ediblər.

Türkiyə prezidenti Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti şərh edib. Dövlət başçısı xatırladıb ki, BMT-nin Təhlükəsizlik Şurasının və ATƏT-in qətnamələri Ermənistanı işğal edilmiş Azərbaycan ərazilərini dərhal, ilkin şərtsiz və tamamilə tərk etməyə çağırır.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın NATO-nun Şərqi Aralıq dənizindəki Türkiyə və yunan hərbçiləri arasında toqquşma hadisələri riskinin qarşısını almaq təşəbbüsünü dəstəklədiyini də açıqlayıb.