“Ermənistanın hazırkı siyasi-hərbi rəhbərliyinin düşüncə tərzi terrorçuların düşüncəsinə yaxındır”.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov oktyabrın 6-da Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə deyib. 

“Hərbi əməliyyatların aparılmasının öz qanunları var, konvensiyası var. Ancaq Ermənistan üçün heç bir qırmızı xətt yoxdur. Ermənistan silahlı qüvvələri Azərbaycanın böyük şəhərlərini – Gəncəni, Mingəçeviri hədəfə alması bu təxribatın nə qədər geniş olmasının təzahürüdür”, - nazir vurğulayıb.