"Məğlub vəziyyətə düşən Ermənistan mülki əhaliyə və obyektlərə hücum edir. Bu insanlıq cinayətidir, Ermənistanın çarəsiz vəziyyətə düşdüyünün sübutudur”.

Unikal.org-un məlumatına görə, bunu Bakıda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, ATƏT-in Minsk Qrupuna daxil olan ölkələr işğala məruz qalanla, işğalçı arasında fərq qoymur: “Belə davam etməyəcəyini bütün dünya anlamalıdır”.