Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan istehlakçıları pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsullarına və tibbi ləvazimatlara 498,2 mln. manat xərcləyib.
Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 37,4% çoxdur. Təkcə ötən ay əhaliyə 58,6 mln. manat həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb ki, bu da avqust ayı ilə müqayisədə 4,1% çoxdur. Xatırladaq ki, avqustda əhali tərəfindən əczaçılıq məhsulları və tibbi ləvazimatların alışı iyulla müqayisədə 11,6% azalmışdı.
Qeyd edək ki, yanvar-sentyabrda pərakəndə ticarət şəbəkəsində istehlakçıların xərclədiyi vəsaitin 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. Bu, ilin əvvəli ilə müqayisədə 0,5 faiz bəndi çoxdur.