Rusiya prezidenti Vladimir Putinin sələfinin kim olacağını dəqiq demək mümkün deyil.

Unikal.org xəbər verir ki, bu barədə RLDP-nın  lideri Vladimir Jirinovski “Exo Moskvı” (Exo Moskvı“) radiostansiyasının efirində deyib.

O hesab edir ki, Putinin varisi Baş nazir Mixail Mişustin də daxil olmaqla, Kremlin namizədi ola bilər.

“Niyə düşünürəm ki, Mişustin? Onu əbəs yerə gətirməyiblər ki. Özünü bir, iki, üç il ərzində göstərməlidir, onu tanımalıdırlar. Baxın görün o, regionları necə qəfil gəzməyə, qubernatorlarla görüşməyə başlayıb. Amma əksinə, bu, yayındırıcı manevr də ola bilər. Başqa namizəd ortaya çıxa bilər. Dövlət başçısının siyahısında olan qubernatorlardan biri üzə çıxarıla bilər”, - deyə Jirinovski bildirib.