İsrailin İctimai Yayım Korporasiyası KAN, İsrail ilə BƏƏ arasında vizanın qaldırılması üçün qarşılıqlı müqavilənin bu gün imzalanacağını barədə məlumat yayıb. 

Unikal.org xəbər verir ki, məlumatda BƏƏ-nin İsrail üçün vizanı ləğv edən ilk ərəb ölkəsi olacağı vurğulanıb. 

Sazişin İsrailin Baş naziri Binyamin Netanyahu, ABŞ Maliyyə Naziri Steven Mnuchin və BƏƏ Maliyyə Naziri Ubeyd bin Hamid et-Tayyarın Təl-Əvivdəki Ben Gurion Beynəlxalq Hava Limanında keçiriləcək mərasimdə imzalanacağı bildirilib.