Oktyabrın 19-da İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) nəzarət tədbirləri həyata keçirib.
Nazirlikdən Unikal.org-a verilən məlumata görə, nəzarət tədbirləri zamanı 78 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Qeyd edək ki, nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.